“Ayaks” – “Tottenhem” matçının hakimləri açıqlandı

18:34 6 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ayaks” – “Tottenhem” matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki,  görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.Oyunu Feliks Brix idarə edəcək. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını Deniz Aytekin yerinə yetirəcək. Matçın VAR hakimləri Bastian Dankert və Marko Frits olacaq.

 

Qeyd edək ki, mayın 8-də keçiriləcək “Ayaks” – “Tottenhem” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Ayaks” 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti