“Atletiko”nun kapitanı ağladı

02:02 8 May 2019

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Qodin mövsümün sonunda Madrid təmsilçisindən ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib. 33 yaşlı müdafiəçi qərarını açıqlayan zaman göz yaşlarını saxlaya bilməyib: 

 

"Bura mənim ailəm, klubum və evimdi. “Əlvida” demək çox çətindi. "Atletiko"da möhtəşəm vaxt keçirdim. Qalmağımla bağlı görüşlərimiz oldu, amma razılığa gələ bilmədik. Hər kəsə təşəkkür edirəm".

 

Qeyd edək ki, 2010-ci ildən Madrid təmsilçisində oynayan Qodinin "İnter"ə keçəcəyi gözlənilir.


Xəbər xətti