"Yuventus" baş məşqçisi ilə bağlı qərar verdi

12:25 9 May 2019

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsümün sonu Turin klubunu tərk edəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilir ki, klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı bu qərar verilib.

 

Nəşr yazıb ki, italiyalı mütəxəssis PSJ-yə keçməyi planlaşdırır. Onu "Yuventus"da Antonio Kontenin əvəzləyəcəyi gözlənilir.


Xəbər xətti