"Real" "Adidas"la yeni müqavilə imzaladı

18:00 9 May 2019

"Real" "Adidas" şirkəti ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.Klub müqavilənin şərtlərini açıqlamayıb. Amma yerli media "Real"ın bu anlaşmadan 1,5 milyard avro gəlir əldə edəcəyini yazıb.

 

Qeyd edək ki, "Adidas" 1998-ci ildən "Real"ın forma sponsorudu.


Digər xəbərlər

Xəbər xətti