Mahir Mədətov soyadını və atasının adını rəsmən dəyişdi - FOTOFAKT

16:17 10 May 2019

"Qarabağ”ın və millimizin futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.

 

Sportarena.az axşam.az-a istinadən xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı Emreli, ata adı isə Mahir olaraq qeyd olunub.

 

Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır. Futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.



Xəbər xətti