“Arsenal”ın Bakı planı BƏLLİ OLDU

11:07 13 May 2019

“Arsenal”ın Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib.İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb.

 
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında “Arsenal”ın digər rəqibi “Çelsi” olacaq. Oyun saat 23:00-da başlanacaq. 


Digər xəbərlər

Xəbər xətti