“Mövsümü Bakıda xoş notlarla bitirməliyik” - Eden Azar

11:20 13 May 2019

“Çelsi”nin ulduz futbolçusu Eden Azar Avropa Liqası finalından danışıb.

 

Sportarena.az xəbər verir ki, belçikalı vinger Bakıda keçiriləcək qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında qalib gəlmək istədiklərini bildirib. Azarn mövsümü Bakıda xoş notlarla başa vurmalı olduqlarını bildirib: “Biz bunu bacarmalıyıq. Bakıya uzun səfərimiz var. Biz orada mövsümü xoş notlarla başa vurmalıyıq”. 

 

Qeyd edək ki, Avropa Liqası finalı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Xəbər xətti