“Çelsi” və “Arsenal” rəsmiləri Bakıya gəldi

Sportarena.az      13 May 2018, 16:05

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

 


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.


Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin