U-21-in heyəti açıqlandı - Siyahıda Qurban Qurbanovun oğlu da var

Sportarena.az      13 May 2018, 20:25

Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi zamanı yığmamız 2 yoxlama oyunu keçirəcək. Mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.

 

Toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Kamran İbrahimov, Rəhman Daşdəmirov ( hər ikisi "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"),Elçin Mustafayev, Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Abbas Ağazadə (MOİK), Ziya Əzizov (NEC Nijmegen, Hollandiya), Rafael Məhərrəmli ("Zirə")

 

Qeyd edək ki, Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Süleyman Əhmədov toplanışa mayın 20-də qoşulacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin