"Neftçi"nin qapıçısı "Qarabağ"a gedir? - AÇIQLAMA

12:26 14 May 2019

"Qarabağ" klubunun "Neftçi"nin qapıçısı Səlahət Ağayevlə danışıqlar apardığı iddia olunur. 

 

Sportarena.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq.Klub sözcüsü açıqlamasında bu xəbərin həqiqətə uyğun olmadığını bildirib. 

 

"Hazırda nə Səlahət, nə də başqa bir futbolçunun keçidi aktual deyil. Heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Hər hansısa bir transfer reallaşsa, ictimaiyyətə məlumat verəcəyik. Ancaq hazırda belə bir şey yoxdu". (sport7.az)


Xəbər xətti