Aleksandr Səmədov ingilis azarkeşlərə müraciət etdi

15:22 14 May 2019

Rusiya millisinin əslən azərbaycanlı olan sabiq futbolçusu Aleksandr Səmədov “Arsenal” – “Çelsi” finalını izləmək məqsədilə Bakıya gəlmək fikrində olan ingiltərəli azarkeşlər səslənib.

 

Sportarena.az xəbər verir ki, mayın 29-da keçiriləcək qarşılaşmanın səfiri olan “Krılya Sovetov”un təcrübəli yarımmüdafiəçisi paytaxtımızın gözəl şəhər olduğunu bildirib: 

 

“Bu, onunla da təsdiqlənir ki, son illərdə orda həddən çox önəmli idman tədbirləri keçirilir. Təhlükəsizliə bağlı ümumiyyətlə, problem görmürəm. Hesab edirəm ki, hər bir insan özü özünə problem yarada bilər. Hər şey ondan asılıdır ki, insanlar bu və digər vəziyyətlərdə özlərini aparlarından və emosiyalarını saxlamasından asılıdır! Bakıya gəlincə, bura iki dəfə futbolçu kimi gəlmişəm və hər şey xoşuma gəlib. Bakıda çox mehriban insanlar var. Buna görə də əminəm ki, hər şey əla olacaq. Avropa Liqasının finalına gəlin!”.
 

Qeyd edək ki, bundan öncə “Lokomotiv”u baş məşqçisi Yuri Syomin Bakıya dəstəyini nümayiş etdirib. “Qəbələ”yə tarixində ilk medalı və avrokuboklara vəsiqəni qazandıran təcrübəli rusiyalı mütəxəssis Azərbaycanla bağlı oxumağı məsləhət bilərək əla ölkəmizin olduğunu, burda düzgün, zəhmətkeş insanların yaşadığını, futbolu çox sevdiklərini, onların qonaqları qəbul etməyi çox sevdiklərini bildirib. 


Digər xəbərlər

Xəbər xətti