"Qarabağ" "Neftçi" və "Səbail"i TƏBRİK ETDİ

17:15 14 May 2019

“Qarabağ” Azərbaycan Premyer Liqasında gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i təbrik edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi "Facebook" səhifəsində çempionluq münasibətiylə klubu təbrik təbrik edən “Qəbələ”yə təşəkkür edib:

 

“Qarabağ” Futbol Klubu Premyer Liqada gümüş və bürünc medallar qazanmış “Neftçi” və “Səbail”i bu uğur münasibəti ilə təbrik edir, klublarımıza avrokuboklarda uğurlar arzulayır. Eyni zamanda, “Qarabağ” FK-nı çempionluq münasibətiylə təbrik edən “Qəbələ” İK-ya təşəkkür edir və “Sumqayıt”la ölkə kubokunun finalında güclü olanın qalib olmasını diləyirik”.


Digər xəbərlər

Xəbər xətti