İdmançımızdan ermənilərə ikiqat zərbə - FOTOLAR + VİDEO

Sportarena.az      15 May 2018, 10:19

Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə və gənclər arasında kontakt karate və Goju-Ryu üzrə növbəti dünya birinciliyi keçirilib.

 

Sportarena.az xəbər verir ki, mayın 13-dək davam dünya birinciliyində ölkəmiz baş məşqçi Ənvər Mehmedovun rəhbərliyi altında 55 idmançı ilə təmsil olunub. Azərbaycanlı idmançılar medal sayına görə yarışı 3-cü başa vurublar.


Yarış zamanı xoşagəlməz insident yaşanıb.Turnirin açılış mərasimi zamanı Azərbaycan və Ermənistan idmançıları arasında qalmaqal baş verib.  Azərbaycanlı idmançılarla ermənilər arasında dava düşüb. Səbəb ermənilərin "Qarabağ bizim"dir şüarını səsləndirməsi olub. İdmançımız Rauf Babayev erməni bayrağını yerə ataraq onlara cavab verib.

 

Yeri gəlmişkən, 85 kq çəki dərəcəsində yarışan Rauf Babayev ermənilərə növbəti zərbəni yarımfinal mərhələsində vurub. Ermənistanı təmsil edən rəqibinə 18 saniyəyə qalib gələn Rauf finala yüksəlib. Babayev yalnız finalda uduzub. 17 yaşlı idmançı özündən 7 yaş böyük gürcü "lipa" ilə mübarizədə xal hesabında irəlidə olsa da, zədə ona sona qədər çıxış etməyə imkan verməyib.

 

İkinci yeri tutan Rauf mükafatlandırma zamanı təxribatla üzləşib. Fəxri kürsüyə qalxan zaman idmançının soyadı Babayan kimi təqdim edilib. Rauf etiraz əlaməti olaraq, kürsüyə qalxmaqdan imtina edib.

 

Sonradan təşkilatçılar "yanlışlığı" düzəldərək Raufun soyadını düz səsləndiriblər. Onlar Azərbaycan tərəfindən üzr istəyiblər.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin