Qrizmann "Atletiko"dan gedir - KLUB ÖZÜ AÇIQLADI

11:24 15 May 2019

Antuan Qrizmannın "Atletiko”dan gedəcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun "tvitter” hesabında informasiya yerləşdirilib.Bu gün rəhbərliklə və baş məşqçi Dieqo Simeone ilə görüşən forvard getmək fikrinə düşdüyünü gizlətməyib. "Hindular”la olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək futbolçunun transfer dəyəri 120 milyon avrodur.

 

Qrizmann "Barselona” və PSJ-nin əsas transfer hədəfidir. Onunla "Bavariya” da yaxından maraqlanır.

 

Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da top qovan Fransa millisinin hücumçusu madridlilərin formasıyla çıxdığı 175 oyunda 94 qol vurub.


Digər xəbərlər

Xəbər xətti