Bakı finalı: “Çelsi”, yoxsa “Arsenal”? - VİDEOSORĞU

16:09 15 May 2019

Paytaxt Bakıda may ayının 29-da futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, minlərlə azarkeşin səbirsizlikə gözlədiyi final qarşılaşmasında İngiltərənin iki klubu - "Arsenal" və "Çelsi" komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.

 

Həmin görüşü Bakı Olimpiya Stadionunda canlı izləmək üçün Azərbaycana 40 minə yaxın xarici ölkə vətəndaşının gəlməsi gözlənilir. Final matçına dünya miqyasında maraq olduqca yüksəkdir. Azarkeşlər hansı klubun Bakıda çempion olacağı barədə düşünür, hətta maraqlı proqnozlar da verirlər. 

 

Azvision.az şəhərdə mövzu ilə bağlı videosorğu keçirərək hansı klubun çempionluğa layiq olması barədə sakinlərin fikirlərini öyrənib.   

 

 


Digər xəbərlər

Xəbər xətti