AFFA-nın pulu batdı – Dadaşovdan rədd cavabı

Sportarena.az      15 May 2018, 16:45

AFFA-nın böyük ümidlərlə milli komandaya cəlb etdiyi Renat Dadaşov millimizdə oynamaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, Portuqaliyanın "Eştroil” klubunda çıxış edən Dadaşov U-21-də oynamaq istəməyib. Futbolçu məhz bu səbəbdən Milan Obradoviçin Sloveniyada keçirəcəyi təlim-məşq toplanışına qatılmayıb.

 

Renatı millimizdə oynamaqda razı salmaqdan ötrü 1 milyon avro ödəyən və futbolçuya Bakının mərkəzində mənzil hədiyyə edən AFFA rəsmiləri biabırçılığı ört-basdır etməyə çalışıb. Elə bu səbəbdən də onun adı rəsmən açıqlanan siyahıda yazılmayıb.

 

Obradoviç özü isə Renatı sərəncamında görmək istəyirmiş. Dadaşov AFFA rəsmilərinə açıq şəkildə bildirib ki, bundan sonra onu U-21-ə görə narahat etməsinlər. Yalnız əsas millidən dəvət gələcəyi halda Renat AFFA-nın dəvətini qəbul edə biləcəyini bildirib. (Sport7.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin