“Barselona” “Benfika”nın təklifini rədd etdi

Sportarena.az      16 May 2018, 09:36

“Barselona” klubdan ayrılacağını bəyan edən Yasper Sillessen üçün “Benfika”dan transfer təklifi alıb.

 

Sportarena.az xəbər verir ki, Portuqaliya klubu hollandiyalı qolkiperin transferi üçün 10 milyon avro ödəməyə hazır olduğunu bildirib. Kataloniyalılar isə bu təklifi qəbul etməyib. Xəbərdə “Barselona”nın 60 milyon avroluq sərbəst qalma dəyəri olan Sillessen üçün ən azı 30 milyon avro tələb etdiyi qeyd edilib.
 

2016-cı ildə “Ayaks”dan 13 milyon avroya transfer edilən Sillessenin “Barselona” ilə müqaviləsi 2021-ci ilə qədərdir. 30 yaşlı qapıçı cari mövsüm 7 oyunda forma şansı qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin