“Qəbələ”yə final öncəsi dəstək

10:21 16 May 2019

"Qəbələ” "Sumqayıt”a qarşı keçirəcəyi Azərbaycan kubokunun final matçına hazırlığı davam etdirir.

 

Sportarena.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, əyalət təmsilçisinin Bakıda yaşayan ziyalı və ağsaqqallardan ibarət bir qrup azarkeşi finalı matçı öncəsi "Qəbələ”nin düşərgəsini ziyarət edib. Ziyalı azarkeşlər komandaya həlledici oyunda uğurlar arzulayıb.

 

Qeyd edək ki, mayın 29-da Naxçıvan Muxtar Respublikası Stadionunda keçiriləcək "Qəbələ” – "Sumqayıt” görüşünə saat 16:30-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti