Ulduz futbolçu “Çelsi” fanatlarını Bakıya çağırdı - VİDEO

10:50 16 May 2019

“Çelsi”nin sabiq ulduzu, hazırda “Səbail”də çıxış edən Maykl Essyen keçmiş klubunun azarkeşlərinə səslənib.

 

Sportarena.az xəbər verir ki, o, “zadəganlar”ı Bakıda keçiriləcək Avropa Liqası finalına dəvət edib. Essyen “İnstagram” hesabında video paylaşaraq bunları deyib: “Mən 3 aydır buradayam və hər şey gözəldir. Bakı mükəmməl şəhərdir və insanları mehribandır. İrəli, “Çelsi”. Bütün “Çelsi” fanatlarını Bakıya dəvət edirəm”.

 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

 

 


Digər xəbərlər

Xəbər xətti