"Zirə"də ilk və rekord

Sportarena.az      16 May 2018, 14:25

“Zirə” Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə topladığı 31 xalla çempionatı 5-ci pillədə başa vurub.

 

Sportarena.az xəbər verir ki, dördüncü dəfə Azərbaycanın ən güclüləri sırasında mübarizə aparan “qartallar” üçün mövsüm ilklə əlamətdar olub. İlk dəfə komanda səfərdə evdəkindən daha çox qol vurub. Mövsüm ərzində rəqib qapılarına 30 dəfə yol tapan “Zirə” öz meydanında 13, rəqib stadionlarında 17 dəfə fərqlənib. 

 

Səfərdəki bu məhsuldarlıq həm də klub tarixinin rekordudur. Qəsəbə klubu heç bir mövsümdə rəqib meydanında bu qədər qol vurmayıb. 2015/16 və 2017/18 mövsümlərində 15 dəfə fərqlənən "qartallar" 2016/17 mövsümündə meydan sahiblərinin qapısından 11 top keçiriblər.

 

Qeyd edək ki, “Zirə” cari mövsüm səfərdə bütün komandaların qapısından qol keçirib. “Qartallar” “Sabah”la “Neftçi”yə 4, “Keşlə”yə 3, “Qarabağ”la “Səbail”ə 2, “Sumqayıt”la “Qəbələ”yə 1 qol vurublar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin