“Ayaks” “Qarabağ”la qarşılaşa bilər

17:33 16 May 2019

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki daha bir potensial rəqibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu Malta çempionu “Valetta”dır. Ağdam klubunun 16 rəqibindən 10-u müəyyənləşib: “Valetta” (Malta), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).

 
Qurban Qurbanovun komandası 3-cü mərhələyə qədər irəliləyəcəyi halda daha güclü klublarla qarşılaşa bilər. Bunlardan biri isə Hollandiyanın “Ayaks” klubudur. Cari mövsüm Çempionlar Liqasında “Yuventus”, “Real” kimi klublara qalib gələn Amsterdam təmsilçisi komandamız üçün potensial rəqibdir.


Digər xəbərlər

Xəbər xətti