“Çelsi”də Bakı finalı öncəsi ciddi itki

Sportarena.az      16 May 2018, 17:55

İngiltərənin “Çelsi” klubu ciddi itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “zadəganlar”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.Loftus-Çik, “Çelsi”nin “Nyu İnqlend Revolyuşn”la xeyriyyə məqsədilə keçirdiyi yoxlama oyununun (3:0) 69-cu dəqiqəsində zədələnib. İngiltərəli futbolçunun sağlıq durumuna tibbi müayinələrdən sonra aydınlıq gələcək.

 

23 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalının “Arsenal”la matçında iştirakı sual altındadır.

 

“Çelsi” – “Arsenal” matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin