Dibala “Yuventus”dan gedir?

Sportarena.az      16 May 2018, 18:29

“Yuventus”dan ayrılacağı ilə bağlı iddialar dolaşan Paulo Dibalanın gələcəyi barədə qardaşı Qustavo açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Argentina radiosuna danışan Qustavo Dibalanın Turin klubundan ayrılmaq ehtimalının yüksək olduğunu bildirib:

 

“Paulonun “Yuventus”dan ayrılmaq ehtimalı olduqca yüksəkdir. Dəyişikliyə ehtiyacı var. Hara gedəcəyini söyləyə bilmərəm, amma “Yuventus”da xoşbəxt deyil. Tək Dibala deyil, bir neçə futbolçu klubda bəzi şeylərdən narahatdır. Yayda "Yuventus"dan ayrılacaq futbolçu tək Dibala deyil. Kriştiano Ronaldo möhtəşəm insandır və Dibala ilə əla münasibəti var. Onların arasında problem olmayıb”.
 


25 yaşlı hücumçunun “Yuventus”la müqaviləsi 2022-ci ilə qədərdir. Argentina millisinin üzvü bu mövsüm 40 oyuna 10 qol vurub, 6 assist edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin