“Arsenal” Mxitaryanı Bakıya gətirəsi olmadı

Sportarena.az      17 May 2018, 03:53

“Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda “Çelsi”yə qarşı baş tutacaq Avropa Liqasının final oyununda çıxış etməyəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə The Times nəşri yazır. Mənbənin sözlərinə görə, klub mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamır və guya təhlükəsizlik səbəbindən onu Londonda saxlayacaq. 

 

Klub rəhbərliyi hesab edir ki, erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə yaranacaq səs-küy komandaya vacib oyun öncəsi mənfi təsir edə bilər. 

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi  Mxitaryanın Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə biləcəyini bəyan etmişdi. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin