“Bakıda bizə çətin olacaq” - Marko Rossi

Sportarena.az      17 May 2018, 15:02

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan millisinin baş məşqçisi Marko Rossi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis millimizlə oyunda qalib gəlmək istədiklərini deyib:
 

“Növbəti iki oyunda altı xal qazanmaq istəyirik. Lakin müasir futbolda hər şey mümkündür. Xorvatiyaya üslib gəldiyimiz oyundan sonra mətbuat konfransında Azərbaycan millisini məğlub etməyin borcumuz olduğunu dedim. Azərbaycanın zəif olduğunu demirik, qalib gəlməyə çalışacağıq. Bakıdakı oyun çətin keçəcək. Hava şəraiti və digər amillər işimizi çətinləşdirəcək”.
 

İtaliyalı mütəxəssis Azərbaycan millisi ilə bağlı xeyli informasiya topladığını bildirib:
 

“Rəqibimizin Litva və Xorvatiya ilə oyunlarını izləmişəm. Futbolçularının hamısını tanıyıram. Azərbaycan millisinin heyətində Ramil Şeydayevlə İspaniya Sequndasında çıxış edən yarımmüdafiəçi Eddini qeyd etmək istərdim. 4-3-3 və 4-1-4-1 sistemiylə oynayırlar və bəzən dəyişiklik edirlər. Müdafiədə isə etibarlı oynayırlar”.
 

Azərbaycan - Macarıstan oyunu iyunun 8-də baş tutacaq. Macarlar bu matçdan 3 gün sonra Budapeştə Uelsi qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin