"Araz"dan 14-cü çempionluq, "Neftçi" İK medalsız qaldı

Sportarena.az      18 May 2018, 11:00

Futzal üzrə Yüksək Liqanın final və 3-cü yer uğrunda oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, bununla da mükafatçılar müəyyənləşib.Öncə meydana bürünc medallar uğrunda oynayan EKOL və "Neftçi” çıxıb. Bakı İdman Sarayında baş tutan qarşılaşmada qələbə qazanan EKOL çempionatın 3-cüsü olub.

 

Daha sonra isə ölkə çempionunu müəyyənləşdirən oyun baş tutub. "Araz”la "Xəzər Cənub” "qızıl" uğrunda üz-üzə gəlib. İlk hissəsi qolsuz bərabərliklə tamamlanan matçın ikinci yarısında tərəflər hərəyə 1 dəfə fərqlənib. Yalnız qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə üstünlüyü ələ alan "Araz" ardıcıl 4-cü, ümumilikdə 14-cü çempionluğunu rəsmiləşdirib.

 

 

Yüksək Liqa

Final

 

"Araz" – "Xəzər Cənub" - 4:1

Qollar: Mohammadtaha Neyməti, 25:14; İsa Atayev, 48:36; Rizvan Fərzəliyev, 48:46; Nihad İsmayılov, 49:47 - Amir Şocayi, 25:22

Hakimlər: Azər Əsgərov, Rahin Heybətov, Fuad Həsənov

 

 

3-cü yer uğrunda oyun

EKOL – "Neftçi" İK -4:2

 

Qollar: Namiq Məmmədkərimov, 0:44, 09:50;Fərid Atakişiyev, 13:26, 15:08 - Salar Şahnazi, 04:34; Tural İsmayılov, 13:42

Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Ramil Namazov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin