“Futbolçularım qəhrəmandır” - Sənan Qurbanov

19:30 19 May 2019

“Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov Azərbaycan Kubokunda “Sumqayıt”a qarşı final matçından (1:0) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis “CBC Sport”a açıqlamasında klub tarixində ilk titulu əldə etmələrini belə dəyərləndirib:

 

“Möhtəşəm alndı. Klub tarixində ilkə imza atdıq. Futbolçularım əsl qəhrəmandı. Adlarını klubun tarixinə qızıl hərflərlə yazdılar. Bütün güclərini ortaya qoyub, kuboku qazandılar. Ölkədə iki kubok var, birini əzəli rəqibimiz “Qarabağ” əldə etdi, digərini biz. Çempionatı istədiyimiz kimi keçirməsək də, sonra kubok əldə edə bildik. Bütün komandaya təşəkkür edirəm”.

 

Qurbanov mövsüm ərzində “Qəbələ” ilə bağlı söz-söhbətlərdən sonra kubok əldə etməyin və avrokuboklara vəsiqə əldə etməyin klubun taleyinə necə təsir edəcəyi barədə sualı belə cavablandırıb.

 

“Artıq Avropa Liqasına vəsiqə əldə etdik. Rəhbərlik yəqin ki, sabahdan lazım olan qərarları qəbul edəcək və bununla bağlı açıqlama veriləcək. “Qəbələ”nin böyük inftrastrukturu var. Bunu qoruyub saxlamaq üçün rəhbərlik əlindən gələni edəcək”.


Digər xəbərlər

Xəbər xətti