“Qəbələ” İngiltərə və Almaniya klubları ilə eyni səbətdə

Sportarena.az      20 May 2018, 14:44

“Qəbələ” ardıcıl 6-cı dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək. “Qırmızı-qaralar” buna Azərbaycan kubokunun finalında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək, nail oldu.

 

Sportarena.az xəbər verir ki, bölgə klubu II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Aktivində 6,250 xalı olan "Qəbələ" "səpələnmişlər" səbətində yer alacaq. Bu səbətdə "Espanyol" (İspaniya), "Vulverhempton" (İngiltərə), "AZ Alkmaar" (Hollandoya), "Ayntraxt" (Almaniya), "Strasburq" (Fransa), "Gimaraynş" (Portuqaliya), "Sparta" (Çexiya), "Atromitos" (Yunanıstan) klubları da qərarlaşıb. Bu klublar reytinq xalı daha az olan komanda ilə qarşılaşacaq.

 

Polşanın "Lexiya" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubları "qırmızı-qaralar"ın məlum olan potensial rəqibləridir.

 

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin