Avropa Liqasının kuboku Cocuq Mərcanlıya aparılacaq

16:24 20 May 2019

Ölkəmizdə keçiriləcək UEFA Avropa Liqası finalının kuboku Cocuq Mərcanlıya aparılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın feysbuk səhifəsi məlumat yayıb. Bildirilir ki, kubok mayın 21-i saat 13:00-da Cocuq Mərcanlıya aparılacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqası finalı  mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda “Çelsi” və “Arsenal” arasında baş tutacaq. 


Xəbər xətti