AFFA-dan sərt cəza - 3 oyunçuya 1 illik diskvalifikasiya

Sportarena.az      20 May 2018, 20:00

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” görüşündə baş vermiş neqativ hallar müzakirə olunub.Qarşılaşmanın 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum edən “Xəzər Cənub”un üzvü Hamid Raşidi 1 oyunluq cəzalandırılıb. 48-ci dəqiqədə isə onun komanda yoldaşı Amid Şocayi hakimin qərarına etiraz etdiyindən, qırmızı vərəqə almışdı. Ona da 1 oyunluq cəza kəsilib.

 

Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı da müvafiq qərarlar qəbul edilib. “Xəzər Cənub”in futzalçıları Raşid Qalapur, Amid Şocayi, həmçinin cəzalı olduğuna görə matçı tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya edilib. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

 

Qarşılaşmadan sonra hakimi təhqir edən Hamid Raşidi isə 3 oyunluq cəzaya məruz qalıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin