“Mançester Siti”nin ən yaxşısı bəlli oldu

16:54 21 May 2019

İngiltərə çempionu “Mançester Siti”də 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Bernardo Silva geridə qalan mövsümdə bu komandanın ən yaxşı futbolçusu elan olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində 51 oyuna çıxıb, 13 qol vurub, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti