"İnter"in yeni baş məşqçisi açıqlandı

12:29 22 May 2019

Milan "İnter"inin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi Antonio Konte ilə anlaşıb. Bu barədə məşhur italiyalı jurnalİst Tankredi Palmeri məlumat yayıb.

 

Onun sözlərinə görə, "İnter" 49 yaşlı mütəxəssislə ilkin müqavilə imzalayıb. Konte Milan klubunda ildə 10 milyon avro maaş alacaq. Rəsmi anlaşma mayın 28-də imzalanacaq.

 

Qeyd edək ki, Kontenin son iş yeri "Çelsi" olub. 


Digər xəbərlər

Xəbər xətti