Azarkeşlər Çexin Bakıda meydana çıxmasını istəmir

Sportarena.az      23 May 2018, 10:00

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.

 

Sportarena.az xəbər verir ki, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdır.Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.

 

Qeyd edək ki, İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 - 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin