Azərbaycan kubokunun sahibi müəyyənləşdi

11:43 24 May 2019

Futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib. 

 

Sportarena.az xəbər verir ki, həlledici qarşılaşmada EKOL-la "Advokat” üz-üzə gəlib.İkinci Liqada çıxış edən "Advokat” finala qədər irəliləsə də, kuboku qazana bilməyib. Həlledici qarşılaşmada rəqibini asanlıqla üstələyən EKOL 4-cü dəfə bu titulun sahibi olub. Komanda 2010/11, 2011/12 və 2015/16 mövsümlərində də Azərbaycan kubokuna yiyələnib.

 

 

Azərbaycan Kuboku

Final

 

EKOL - Advokat 7:3

Qollar: Fərid Atakişiyev, 02:48; 31:17. Namiq Məmmədkərimov, 03:06; 10:16; 15:01; 16:06. Ələsgər Ələsgərli, 25:44 - Ceyhun Əhmədov, 03:31. Vüsal İsayev, 27:17. Seymur Davıdov, 29:26.

Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov.

Bakı İdman Sarayı.


Xəbər xətti