Lionel Messiyə altıncı dəfə “Qızıl Buts” veriləcək

Sportarena.az      25 May 2018, 18:04

İspaniyanın “Barselona” klubunun və Argetina yığmasının futbolçusu Lionel Messi 2018/2019 mövsümünün yekununda “Qızıl Buts”mükafatnı alacaq.

 

Sportarena.az xəbər verir ki, bu, onun professional karyerasında altıncı olacaq.İspaniyanın başa çatan çempionatında argentinalı hücumçu 34 oyunda 36 qol vura bilib. 

 

Messini nəzəri olaraq “Sampdoriya”nın hücumçusu Fabio Kualyarella keçə bilər. Lakin bunun üçün o, İtaliyanın sonuncu çempionatında “Yuventus”un qapısına 11 qol vurmalıdır.

 

“Qızıl buts” 1968-ci ildən bəri Avropanın ən yaxşı hücumçusuna verilən mükafatdır.“Qızıl Buts” reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. “Böyük 5-lik” çempionatlarında hər qol iki xalla qiymətləndirilir.

 

Messi bu mükafatın tarixində rekordsmendir. Belə ki, o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardiri olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin