"Bursaspor" I Liqaya düşdü

Sportarena.az      27 May 2018, 10:29

Türkiyə Super Liqasında 2018/19 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, 34-cü turda "Bursaspor" səfərdə "Yeni Malatyaspor"u 2:1 hesabı ilə məğlub etsə də, I Liqaya düşüb. "Göztəpə" evdə "Ankaragücü"yə 2:1 hesabı ilə qalib gələrək, Super Liqada yerini qoruyub.

 

Debütant "Ərzurumspor" və "Akhisarpor" da elitayla vidalaşıb."Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Başakşəhər" isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

"Beşiktaş" Avropa Liqasının qruplarında çıxış edəcək. "Trabzonspor" və "Yeni Malatyaspor" isə təsnifat mərhələsindən mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin