Lionel Messi İspaniya Kubokunda rekorda imza atdı

10:45 27 May 2019

“Barselona”nın hücumçusu Lionel Messi “Valensiya” ilə Sevilyanın  “Benito Vilyamarin” stadionunda baş tutan  final oyununda 1:2 hesabı ilə məğlub olmalarına baxmayaraq  İspaniya Kubokunun rekordsmeni oldu. 

 

Sportarena.az xəbər verir ki, Messi rəqibin qapısından 73-cü dəqiqədə top keçirməklə, “Barselona” tərəfindən yeganə qolun müəllifi oldu.

 

Bununla da 31 yaşlı futbolçu turnurin rekordunu vurmuş oldu. Belə ki, Messiyə qədər heç kim altı final oyununda qol vurmağa nail olmamışdı. Qeyd etmək lazımdır ki, oyunun birində isə forvard iki dəfə fərqlənə bilmişdi, ümumilikdə isə onun hesabında yeddi top var.


Digər xəbərlər

Xəbər xətti