"Qarabağ” çex qapıçı istəyir

13:29 28 May 2019

 "Qarabağ” Şotlandiyanın "Sent-Mirren” klubunun qapıçısı Vatslav Qladkin ilə maraqlanır. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "The Scottish Sun” məlumat yayıb.Xəbərə görə, 29 yaşlı qapıçını Ağdam təmsilçisilə yanaşı, Moskva "Spartak”ı və bir neçə İngiltərə klubu da transfer etmək istəyir.

 

Qeyd edək ki, Qladkinin Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi var. O, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” komandasının heyətində yer alsa da, "Qarabağ”la hər iki matçda ehtiyatda qalıb.


Digər xəbərlər

Xəbər xətti