Türkiyə gözəli Məsuda dəstək üçün Bakıya gəldi - FOTOLAR

10:45 29 May 2019

Türkiyə gözəli ( Miss Turkey - 2014), aktrisa Əminə Gülşə UEFA Avropa Liqasında final oyununda sevgilisini dəstəkləmək üçün Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, o, instaqram səhifəsində “Arsenal”ın futbolçusu Məsut Özil üçün Azərbaycanda olduğunu bildirib. Model "Çelsi" və "Arsenal" qarşılaşmasında Məsuta uğurlar diləyib. 

 

M.Özil isə sosial şəbəkədə Əminə ilə fotosunu paylaşaraq ona təşəkkürünü bildirib: “Mənimlə birlikdə Bakıya gəldiyin üçün təşəkkürlər, mənim sevgilim! Sabah həmin gündür ki, bütün mövsümü bunun üçün ağır işləmişik”.



Digər xəbərlər

Xəbər xətti