Bakıda rekord təkrarlandı

Sportarena.az      30 May 2018, 10:33

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda təşkil olunan final oyununda “Çelsi” və “Arsenal” komandalarının start heyətində 15 ölkədən futbolçular yer alıb.

 

Sportarena.az xəbər verir ki, komandalar bu göstərici ilə avrokuboklarda mövcud rekordu yeniləyiblər.İndiyədək belə göstərici 2010-cu ildə UEFA Avropa Liqasının finalında “Atletiko” və “Fulhem” komandalarının görüşündə, həmçinin yeddi il sonra “Ayaks”-“Mançester Yunayted” matçında qeydə alınıb.

 

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin