“Çelsi”nin futbolçuları Bakıdan razı qalıblar

02:19 31 May 2019

“Bakıda hər şey yaxşı idi, bura əla şəhər, Azərbaycan isə gözəl ölkədir”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında İngiltərənin “Çelsi” klubunun futbolçusu David Luis Bakıda “Arsenal”a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının final matçından sonra deyib.

 

Braziliyalı müdafiəçi təşkilatçılıqda əməyi keçən hər kəsi təbrik edib.Fransalı yarımmüdafiəçi N'Qolo Kante isə Azərbaycan yeməklərindən də məmnunluq ifadə edib: “Burada hər şey yaxşı idi. Fikrimcə, Bakı gözəl şəhərdir, təşkilatçılıq yüksək səviyyədədir. Yeməkləriniz də yaxşıdır. Hər şeydən razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti