“Liverpul” azarkeşi Madriddə itkin düşdü

13:32 3 İyun 2019

 “Tottenhem” və “Liverpul” arasında Madriddə keçirilən Çempionlar Liqası finalından sonra bir azarkeş itkin düşüb.

 

Sportarena.az xəbər verir ki, Makauli Neus adlı “Liverpul” fanatından 2 gündür xəbər yoxdur.Bu barədə onun bacısı İnstagram hesabına məlumat verib. O bildirib ki, Neus oyundan sonra İngiltərəyə qayıtmalı olsa da, hələ də qardaşından xəbər ala bilmir.


Xəbər xətti