Lixtenşteyn - Azərbaycan oyununun təyinatları məlum oldu

Sportarena.az      4 İyun 2018, 09:00

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib. 

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcək. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.

 

Qeyd edək ki, Lixtenşteyn - Azərbaycan oyunu iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin