"Sumqayıt" ilk transferini reallaşdırdı

10:22 4 İyun 2019

2019/2020 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu transferini reallaşdırıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt”da 6 nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və A millidə (1 oyun) formasını geyinmiş Vüqar U-23 millisinin heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.


Xəbər xətti