Rövnəq Abdullayevlə Elmar Məmmədyarov futbolçularla söhbət etdi - FOTOLAR + VİDEO

Sportarena.az      4 İyun 2018, 13:00

Dünən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”nın əsas meydanında Azərbaycan milli komandası ilə görüşüb.AFFA prezidenti çıxış edərək Avro-2020-nin 4 oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. Rövnəq Abdullayev Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə oyunda millimizə uğurlar arzulayıb.

 

Millimizin kapitanı Maksim Medvedev çıxış edərək AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komanda adından təşəkkürünü bildirib.

 

Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyib.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin