Qara Qarayev: "Ən axırıncı yer üçün vuruşuruq" - MÜSAHİBƏ

Sportarena.az      9 İyun 2018, 12:00

Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev AÇ-2020-nin seçmə mərhələsində evdə Macarıstana 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu məğlubiyyətdən və 3 gün sonra Slovakiya ilə keçirləcək matçdan danışıb.

 

 

- Yəqin ki, başqa nəticə gözləyirdiniz...

- Hansı komanda ilə oynadığımızı bilirdik. Macarıstan elə də sadə rəqib deyil. Çətinliyi bilirdik. Ümidimiz var idi ki, yaxşı nəticə qazanaq. Standart vəziyyətlərdə məğlub olduq. Bu da rəqibin yaxşı oynamasına gətirib çıxardı. İkinci hissədə fərqi azaltsaq da, artığına gücümüz yetmədi.

 

- Komandada lider olmadığı görünür. Rəşad Sadıqovlu milli komanda ilə indiki arasında fərqi hiss edə bilirsən?

- Rəşad Sadıqov millidə önəmli futbolçu olub. Bu gün millidə yoxdur və onun yerinə gələnlərin pis olduğunu düşünmürəm. İstər-istəməz yaşla əlaqəli nə vaxtsa getməlidir. Bu gün ruhsuzluq deməzdim, ilk hissədə istədiyimiz kimi oynadıq, sadəcə qol buraxdıq. Rəşaddan sonra Maksim Medvedev heç də pis liderlik etmir.

 

- Macarıstandan xal almaq mümkün idi?

- Ümidlənmişdik. Rəqibin usta futbolçuları var. Oyunun nəticəsini həll etdilər. Əlimizdən gələni edirik. Meydana uduzmağa çıxmırıq. Biz də xal qazanmaq istəyirik. Bəzən nə qədər istəsək də, alınmır.

 

- İkinci qol zamanı müdafiədə nə baş verdi?

- Standart vəziyyət idi. Müdafiənin önünə top atırdılar. Bunun sayəsində qol vurmağa müvəffəq oldular.

 

- Slovakiya ilə oyuna necə hazırlaşacaqsınız?

- Bizim başqa yolumuz yoxdur. Hazırlaşmalıyıq və oynamalıyıq. Bu gün uduzduğumuz üçün hər şeyin bitdiyini və oynamayacağımızı düşünmürük. Bizim üçün çətin olacaq. Bu qədər azarkeşin önündə uduzmaq, xal qazanmamaq bir vətəndaş kimi mənə də, komanda yoldaşlarıma da pis təsir edir. Ancaq nə edək?

 

- Slovakiyanı udmaq realdır?

- Reallıq yoxdur. Bu qrup bizim üçün o qədər çətindir ki... Biz burda favorit deyilik. Bunu hamı deyir. Bunu bəhanə üçün demirik. Ən axırıncı yer üçün vuruşuruq.

 

- Bütün oyunları uduzmaqdan qorxmursunuz?

- Əlimizdən gələni edirik. Real danışmaq lazımdır. Çətin qrupa düşmüşük. Xorvatiya ilə oyunda xal qazana bilərdik. Elə bu matçda da şansımız var idi. Ancaq rəqiblərin keyfiyyəti, ustalıq səviyyəsi hər şeyi həll edir.

 

- Düşünmürsən ki, azarkeşlər Slovakiya ilə oyuna gəlməyəcəklər?

- Azarkeşlərə təşəkkür edirəm. Uzun müddət idi ki, yığmanın oyunlarında belə atmosfer yox idi. Ancaq biz onlara qarşılıq verə bilmədik. Düşünürəm ki, bu bayraq altında meydana çıxan bütün komandalar azarkeşlərin qələbəsi, uğurudur. Bu komanda onlarındır. Hər kəsə təşəkkür edirəm.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin