Portuqaliya Millətlər Liqasının ilk çempionu oldu - FOTOLAR + VİDEO

11:52 10 İyun 2019

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasının qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdı. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.

 

Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.

 

Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.

 

 



Digər xəbərlər

Xəbər xətti