Selena və Kriştiano yenidən “Instagram” zirvəsində

17:04 11 İyun 2019

26-yaşlı Selena Qomes “İnstagram” sosial şəbəkəsində “layk” göstəricisinə görə liderlik əldə edib.

 

Sportarena.az xəbər verir ki, pərəstişkarlar sayına görə isə birincilik yenidən portuqaliyalı futbolçu Kriştiano Ronaldoya məxsusdur.Tədqiqatı “Hype Auditor” portalı keçirib: bunun üçün real istifadəçilərin aktivliyi müəyyənləşdirilib.

 

Əldə olunan nəticələrə əsasən, K. Ronaldo pərəstişkarlar sayına görə öndə olsa da (170 milyon istifadəçi), S.Qomesin “post”ları daha çox bəyənilir – bir paylaşdığı yazıya orta hesabla 4, 6 milyon “layk” verilir.

 

Lider üçlükdə amerikalı model Kayli Cenner də yer alıb.


Xəbər xətti