Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

19:35 11 İyun 2019

Çempionlar Liqasında 2019/20 mövsümünün ilk püşkü atılıb. 

 

Sportarena.az xəbər verir ki, turnirin ilkin mərhələnin püşkatma mərasimi keçirilib.Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib. Bu mərhələdə yarımfinalın iki oyunu və final matçı Kosovonun Priştina şəhərində keçiriləcək. 

 

Yarımfinal görüşləri iyunun 25-də baş tutacaq. Qaliblər 3 gün sonra finalda üz-üzə gələcək və mərhələnin çempionu I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Digər 3 komanda isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

 

Çempionlar Liqası

İlkin mərhələ

Yarımfinal

 

25 iyun

Feronikeli (Kosovo) - Linkoln (Cəbəllütariq)

Tre Penne (San-Marino) - Santa Koloma (Andorra)


Xəbər xətti