İnfarkt keçirmiş Kasilyası Buffon əvəz edə bilər

15:10 12 İyun 2019

İtaliyalı qapıçı Canluici Buffon karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, “Portu” klubu 41 yaşlı qolkiperin xidmətlərindən yararlanmaq istəyir.C.Buffonu mayın 1-də məşq zamanı infarkt keçirmiş ispan İker Kasilyasın yerinə layiqli namizəd hesab edirlər.

 

Xatırladaq ki, iyunun 5-də italyan idmançının PSJ-dən ayrıldığı məlum olub. “Barselona” da C.Buffonu ehtiyat qapıçı kimi heyətinə cəlb etməyə maraq göstərir.


Xəbər xətti